...

Bir gecədə bir neçə maşın yandı

Cəmiyyət Materials 28 Fevral 2024 09:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir gecədə bir neçə maşın yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Lənkəran şəhərinin Şürük kəndində “Opel" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.

Sumqayıt şəhərində isə "Toyota" markalı minik avtomobilinin yanar hissələri və yaxınlıqda "GAC” markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb.

Abşeron rayonunda (Bakı-Quba avtomobil yolunun 12-ci kilometrliyi) "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Cəlilabad rayonunun Göytəpə şəhərində "ВАЗ" markalı minik avtomobilinin salonu yanıb.

Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti