...

Bakıda mağazadan 4500 manatlıq yataq dəstləri oğurlandı

Cəmiyyət Materials 28 Fevral 2024 14:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda mağazadan yataq dəstləri oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki ticarət mərkəzində mağazaların birindən 4500 manat dəyərində yataq dəstləri oğurlamaqda şübhəli bilinən Azad Seyidov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti