...

Rus bölməsində oxumaq heç kəsə Azərbaycan dilini öyrənməmə sərbəstliyini vermir - Nazir

Cəmiyyət Materials 29 Fevral 2024 16:32 (UTC +04:00)
Rus bölməsində oxumaq heç kəsə Azərbaycan dilini öyrənməmə sərbəstliyini vermir - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bizim cəmiyyət elə başa düşür ki, rus bölməsində oxumaq daha yaxşıdır.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Azərbaycanda 300-dən artıq məktəbdə rus bölməsi var. Amma bizim üçün bir məktəbdə iki dildə tədris saxlamaq çətindir. Rus bölməsində şagird sıxılığına gəlincə, bunun səbəbi müəllim çatışmazlığıdır.

Rus bölməsində oxumaq heç kəsə Azərbaycan dilini öyrənməmə sərbəstliyini vermir. Bizim problemimiz odur ki, 15-16 yaşında yeniyetmə Azərbaycanda yaşayır, amma Azərbaycan dilində fikrini ifadə edə bilmir”, - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti