Bakı. Trend:
Kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikmək olmaz. Bunu vətəndaşlara başa salın .
Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, torpağın kateqoriyası var.
“Kənd təsərrüfatı təyinatlılarda hərə özünə ev tiksə, ölkə hansı vəziyyətə qalar?! Qarşıda ərzaq təhlükəsizliyi məsələsi var. Ona görə də bunu vətəndaşlara izah etmək lazımdır”, - deyə o əlavə edib.