...

Şəhərlərarası sürət qatarlarının işə düşməsi çox yaxşıdır - Deputat

Cəmiyyət Materials 11 Mart 2024 11:48 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şəhərlərarası sürət qatarlarının işə düşməsi çox yaxşı oldu. Hətta bizə deyirdilər ki, bu düzgün layihə deyil, bilet qiymətləri bahadır. Bu gün Gəncəyə getmək istəyəndə 100 manatlıq bilet tapa bilmirəm, yer yoxdur. Artıq qatar Ağstafaya qədər hərəkət edir, ona görə sərnişinlər bilet tapa bilmir.

Trend-in məlumatına görə, bunu deputat Naqif Həmzəyev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

Deputat qeyd edib ki, Ağstafadan, Gəncədən Bakıya səhərlər qatarların gəlməsi yaxşı olardı.

"Mümkündürsə, şəhərlərarası təyyarə reysləri bərpa edilərdi. Tarix boyu Gəncə ilə Bakı arasında gündə bir dəfə təyyarə reysi olub. Hər dəfə özüm deyib, özüm eşidirəm", - deyə N.Həmzəyev bildirib.

Qeyd edək ki, dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar ayında 1,4 milyon ton yük, 622,6 min sərnişin daşınıb, 2023-cü ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 7,0 faiz azalma, sərnişin daşınmasında isə 30,1 faiz artım müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti