Gələn il Xorvatiyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Cəmiyyət Materials 12 Mart 2024 17:28 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Xorvatiyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycan-Xorvatiya biznes-forumunda deyib.

Onun sözlərinə görə, iki ölkənin enerji, turizm, kənd təsərrüfatı sahələrində qarşılıqlı fəaliyyəti aktivdir, lakin mədəni əlaqələrin daha fəal inkişafı üçün potensial mövcuddur.

Nazir müavini qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznesin təşkilində Xorvatiya şirkətlərinin iştirakı çox vacibdir.

Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov da öz növbəsində qeyd edib ki, Azərbaycan və Xorvatiya strateji tərəfdaşdırlar.

“2013-cü ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Ölkələrimiz enerji, iqtisadiyyat, mədəniyyət, elm, texnologiya, təhsil kimi sahələrdə əlaqələri inkişaf etdirib. Əminəm ki, forum gələcəkdə mövcud ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcək. Mədəniyyət sahəsində və iqtisadiyyatda tədbirlər planlaşdırılır”, - deyə Anar İmanov əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti