...

Goranboyda qanunsuz qum-çınqıl daşıyanlar cərimələnib

Cəmiyyət Materials 16 Mart 2024 09:09 (UTC +04:00)
Goranboyda qanunsuz qum-çınqıl daşıyanlar cərimələnib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, tədbirlər zamanı Nadirkənd kəndində qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti