...

Xocalıda kütləvi məzarlıqda tapılanlar nə vaxt dəfn ediləcək? - AÇIQLAMA

Cəmiyyət Materials 18 Mart 2024 11:49 (UTC +04:00)
Xocalıda kütləvi məzarlıqda tapılanlar nə vaxt dəfn ediləcək? - AÇIQLAMA
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xocalıda aşkar olunmuş kütləvi məzarlıqda şəxsiyyəti müəyyən edilmiş şəxslərin dəfni ailə üzvləri ilə məsləhətləşmədən sonra müəyyənləşdiriləcək.

Trend xəbər ki, bu sözləri martın 18-də Azərbaycanın Baş Prokurorluğunun və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkil etdiyi Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov söyləyib.

Z.İsmayılov bildirib ki, dəfnlər yerli icra orqanlarının təşkilatçılığı ilə təşkil ediləcək:

"Həmin şəxslər dini, milli ənənələrə uyğun olaraq ailələrinə təhvil verilərək dəfn olunacaqlar".

Qeyd edək ki, Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərin sayı 18-ə çatıb. Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib. İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Xəbər lenti

Xəbər lenti