...

Bu günədək neçə tələbə təhsil krediti alıb?

Cəmiyyət Materials 18 Mart 2024 17:53 (UTC +04:00)
Bu günədək neçə tələbə təhsil krediti alıb?
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Trend-ə bildirilib ki, indiyədək 42 min 162 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 554 nəfərin müraciəti natamam olub, 476 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 9 min 142 nəfərin müraciətinə imtina cavabı verilib, 438 nəfərin müraciəti isə banka yönləndirilib.

Ümumilikdə 31 min 552 nəfərə TTK verilib. Onların arasından 11 min 59 nəfərin müraciəti sosial TTK, 20 min 493 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti