...

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadıldı

Cəmiyyət Materials 28 Mart 2024 12:44 (UTC +04:00)
Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana stikerli (yazılı izahlı-red.) məhsulların ixrac tədarükü üçün keçid müddəti 2024-cü il iyulun 1-dək uzadılıb.

Trend Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, əgər məhsulun qablaşdırmasının ölçüsü məlumatların bir neçə dildə göstərilməsinə imkan vermirsə, həmin məhsulların üst qablaşdırmasının üzərinə tərcüməsi olan stikerlər yapışdırıla bilər.

“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi keçid dövrünü 2024-cü il iyulun 1-dək uzadıb. Bu müddət ərzində Rusiyadan olan və etiketlərində Azərbaycan dilinə tərcüməsi olmayan məhsullar respublika ərazisinə daxil ola bilər”, - deyə departament qeyd edir.

Rusiya Süd Məhsulları İstehsalçılarının Milli İttifaqı (“Soyuzmoloko”) qeyd edib ki, Azərbaycan dilində stikerləri olan məhsulların Azərbaycana idxalı imkanının saxlanılması məsələsi süd sənayesinin bir çox iştirakçıları üçün son dərəcə vacib olaraq qalır, çünki qablaşdırmada Azərbaycan dilində əlavə etiketlərin yerləşdirilməsi həm texniki baxımdan çətindir, həm də əksər şirkətlər üçün iqtisadi cəhətdən sərfəli deyil.

Stiker tətbiq etmək imkanı bu problemləri həll etməyə imkan verir, eyni zamanda, istehlakçının məhsulun təhlükəsizliyi və keyfiyyəti barədə düzgün məlumatlandırılmasını təmin edir.

“Rosselxoznadzor”dan bildirilib ki, Rusiyanın Moskva, Sverdlovsk, Ryazan, Kalininqrad, Kursk, Leninqrad vilayətlərində, habelə Krasnodar və Stavropol diyarlarında yerləşən heyvandarlıq məhsulları istehsalı üzrə daha 13 müəssisəsi Azərbaycana ixrac tədarükü hüququnu təsdiqləyib.

Qərar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin əyani və video formatda apardıqları yoxlamaların nəticələrinə əsasən qəbul edilib.

Hazırda Azərbaycan tərəfi əvvəllər öz mallarını respublikaya tədarük edən Rusiyanın 40-dan çox müəssisəsində videoyoxlamalar keçirməyi planlaşdırır.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq, əvvəllər sertifikatlaşdırılmış müəssisələrdən məhsulların Azərbaycanın səlahiyyətli idarəsinin mütəxəssisləri tərəfindən ekspertizadan keçirilmədən ixracına 31 dekabr 2023-cü il tarixinədək icazə verilib”. Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Eyni zamanda, yoxlamadan keçmiş, lakin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə müqavilə bağlamamış və ya onun şərtlərinə əməl etməyən müəssisələrin ixrac tədarükü müəyyən edilmiş tarixdən tez, bütün tələblər yerinə yetirilənə qədər məhdudlaşdırıla bilər.

Bundan əlavə, departamentin məlumatında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, ödəniş ixracatçının özü və ya şirkətin Azərbaycana idxalçısı tərəfindən həyata keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti