...

Bələdiyyə torpaqlarının böyük hissəsi zəbt edilib - Komitə sədri

Cəmiyyət Materials 29 Mart 2024 12:05 (UTC +04:00)
Bələdiyyə torpaqlarının böyük hissəsi zəbt edilib - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bələdiyyə torpaqlarının böyük hissəsi zəbt edilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, məhkəmələrdə bələdiyyələrin təqdim etdiyi çox sayda iş var.

“Məhkəmələr qərar verməlidir ki, o torpaqlar boşaldılsın və bələdiyyələr istifadə etsin. Azərbaycanda bələdiyyə məktəbi də, bağçası da, sosial obyektləri də var. Azərbaycanda nümunəvi bələdiyyələr mövcuddur”, - deyə o qeyd edib.

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanun layihəsində qeyd edilir ki, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Xəbər lenti

Xəbər lenti