...

Bakıda binada baş verən yanğın nəticəsində 15 nəfər xəsarət alıb - TƏBİB

Cəmiyyət Materials 31 Mart 2024 23:56 (UTC +04:00)
Bakıda binada baş verən yanğın nəticəsində 15 nəfər xəsarət alıb - TƏBİB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nərimanov rayonunda Həsən Əliyev küçəsində 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə məlumat verilib.

Yanğın nəticəsində hadisə yerinə dərhal 13 təcili yardım briqadası cəlb olunub.

Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

İlkin məlumata əsasən, onaltımərtəbəli yaşayış binasında şaxta boyunca 30p.m elektrik naqilləri yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti