...

FHN güclü küləklə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Cəmiyyət Materials 4 Aprel 2024 10:23 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib.

Trend xəbər verir ki, müraciətdə bildirilir:

"Hazırda ölkə ərazisində müşahidə edilən güclü küləklə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti