...

Bakıda baş verən yanğın nəticəsində xəsarət alanların vəziyyəti AÇIQLANDI

Cəmiyyət Materials 4 Aprel 2024 10:58 (UTC +04:00)
Bakıda baş verən yanğın nəticəsində xəsarət alanların vəziyyəti  AÇIQLANDI
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki,yanğında xəsarət alan və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan 5 nəfərdən 4-ü evə buraxılıb,1 nəfərin müalicəsi hələ də Mərkəzdə davam etdilir.

Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

İlkin məlumata əsasən, onaltımərtəbəli yaşayış binasında şaxta boyunca 30p.m elektrik naqilləri yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti