Bakı. Trend:
Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilir.
Trend xəbər verir ki, bununla bağlı qanun layihələri Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Həmin qanun layihələri aşağıdakılardır:
1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin
edilməsi haqqında.
2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin
edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi
haqqında.
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi
haqqında.
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad
edilməsi haqqında.
6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi
haqqında.
7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi
haqqında.
Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova müvafiq qərar imzalayıb. Qərar imzalandığı gündən qüvvəyə minir.