...

Subsidiya verilməsi məqsədilə ayrılmış vəsaitin qeyri-qanuni və əsassız xərclənməsi halları müəyyən edilib

Cəmiyyət Materials 8 Aprel 2024 11:15 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Kənd təsərrüfatı sahəsində məhsul istehsalçılarına subsidiya verilməsi məqsədilə ayrılmış vəsaitin 8,5 mln. manatının qeyri-qanuni və əsassız xərclənməsi halları müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2023-cü il üzrə hesabatında deyilir.

Bununla yanaşı, 94,5 mln. manat məbləğində vəsait üzrə bir nöqsanlara yol verilib.

Belə ki, əməliyyatlar qanunvericiliyə riayət edilmədən aparılıb, o cümlədən, pullu xidmətlərdən yığılan vəsaitlər bank hesabına ödənilməyib, vəsaitlər müqavilə şərtlərindən artıq ödənilib, vəsaitlər normativlərə istinad edilmədən sərf olunub, yanacaq xərcləri əsasız silinib, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparılıb, enerji itkilərinə yol verilib və s.

2023-cü ilin İş Planı əsasında başa çatdırılmış 1 audit (NMR Fövqəladə Hallar Nazirliyi) üzrə kollegiya qəranının icrasının izlənməsi məqsədilə monitorinq keçirilib, monitorinqlə izlənən 10 təklifdən 7-nin tam, 3-nün qismən icra olunduğu müəyyən edilib.

İdarə tərəfindən keçirilmiş 6 uyğunluq auditi üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikas Baş Prokurorluğuna, eləcə də, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən Hesablama Palatasının NMR üzrə İdarəsi tərəfindən 3 audit üzrə göndərilmiş materiallar NMR-da bir sıra dövlət qurumlarının bir qrup vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi materiallarına alava olunmaqla ibtidai istintaq aparılıb və cinayət işləri üzrə icraat dayandırılıb. Bu auditlerden 1-i üzrə 0,2 mln. manatın dövlət büdcəsinə bərpası təmin edilib.

Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumatlara əsasən, 3 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti