...

Bizə yalnız qələbə lazım idi – Avropa çempionatında qızıl medal qazanan Azərbaycan gimnastları (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2024 08:10 (UTC +04:00)
Bizə yalnız qələbə lazım idi – Avropa çempionatında qızıl medal qazanan Azərbaycan gimnastları (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa çempionatında rəqabət çox güclü idi, lakin biz yalnız qələbəyə köklənmişdik və məqsədimizə çata bildik.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə batut gimnastikası üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığmasının üzvü Əli Niftəliyev deyib.

İdmançı göstərdiyi nəticəyə görə məşqçilər korpusuna təşəkkür edib: “Birincisi məşqçilərimizə təşəkkür edirəm. Onlar olmasa idi, biz bu uğuru əldə edə bilməzdik. Hətta deyərdim ki, Avropada mükafat belə qazana bilməzdik”.

Qeyd edək ki, Əli Niftəliyev və Ammar Baxşaliyev (batut gimnastikası) sinxron proqramda birinci yeri tutublar.

Ayan Şabanova və Samirə Hüseynovanın sözlərinə görə, nəticədən razı qalıblar.

"Avropa çempionatındakı çıxışımız uğurlu oldu, ikinci yeri tutduq. Biz çempionata uzun müddət hazırlaşırdıq. Yarış çox yüksək səviyyədə keçdi. Gürcüstandan, Almaniyadan güclü gimnastlar var idi”, - deyə Ayan Şabanova bildirib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-7-də Portuqaliyanın Qimarayeş şəhərində keçirilib.

Xəbər lenti

Xəbər lenti