...

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb

Cəmiyyət Materials 10 Aprel 2024 08:25 (UTC +04:00)

Bakı. Trend:

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.

Trend xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Hacı Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.

Qeyd edək ki, bayram namazı Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Xəbər lenti

Xəbər lenti