Bakı. Trend:
Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti ağırdır.
Trend xəbər verir ki, yazıçı aprelin 13-ü gecə saatlarında Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.
Belə ki, Çingiz Abdullayev 3 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb.
Ötən gün onun halı yenidən pisləşib.