Bakı. Trend:
Böyük Britaniyanın Avropa Komissiyasının Erasmus tələbə mübadiləsi proqramını yeniləməklə bağlı təklifini qəbul etməyib.
Trend-in məlumatına görə, bununla da, britaniyalılar Avropa İttifaqında və Aİ vətəndaşları Birləşmiş Krallıqda daha asan şərtlərlə təhsil almaq imkanından məhrum olublar.
Qeyd edək ki, 1987-ci ildə təsis edilmiş Erasmus tələbə mübadilə proqramı (European Region Action Scheme for the Mobility of University Students) 18-30 yaşlı şəxslərin vətəndaşı olmadığı ölkədə 4 il müddətinə daha asan şərtlərlə təhsil almağa və işləməyə imkan verirdi.
Ekspertlərin qənaətinə görə, proqramın yenilənməməsindən əsasən Aİ vətəndaşları əziyyət çəkəcək.