...

Təcili tibbi yardım avtomobili azyaşlı yaralı daşıyarkən niyə sirendən istifadə etmədi? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 22 Aprel 2024 12:45 (UTC +04:00)
Təcili tibbi yardım avtomobili azyaşlı yaralı daşıyarkən niyə sirendən istifadə etmədi? - RƏSMİ AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkədə təcili tibbi yardım avtomobilinin azyaşlı yaralı daşımasına baxmayaraq, xüsusi səs siqnallarından (siren) istifadə etmədiyinə dair görüntü yayılıb. Ambulansın sürücüsü bunu rəhbərliyin göstərişi ilə əlaqələndirib.

Məsələ ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım ambulansları, sanitar avtomobillər operativ, üstün keçid hüququ olan nəqliyyat vasitələri hesab olunur.

""Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə xüsusi tapşırıqları yerinə yetirərkən (təxirəsalınmaz çağırışı icra edərkən, ağır xəstələri təxliyə edərkən) xüsusi işıq və səs siqnallarından istifadə edə bilərlər.

Sanitar avtomobillərdə xüsusi işıq və səs siqnallarından sadəcə təyinatından kənar hallarda istifadə qanunun tələbinə uyğun olaraq məhdudlaşdırılır.

Görüntülərdə əks olunan məqamlar araşdırıldıqdan sonra xüsusi işıq və səs siqnallarından istifadəyə zərurət olub-olmadığı müəyyən oluna bilər. Görüntülərdə xəstəyə, sürücüyə, avtomobil vasitəsinə dair məlumatların əks olunmaması dəqiqləşməni çətinləşdirir. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcəkdir.

Xüsusilə qeyd edilməlidir ki, TƏBİB tərəfindən təcili tibbi yardım ambulanslarında işıq və səs siqnallarından təyinatına uyğun olaraq istifadə, eləcə də digər yol iştirakçılarına işıq və səs siqnallarından istifadə edən ambulansların rahat hərəkəti üçün şərait yaratmaları tövsiyə olunur",- deyə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti