Bakı. Trend:
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edilib.
Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, "Texniki və texnoloji ixtisaslar qrupu" hissəsinə 040575 Uçan aparatların texniki istismarı ixtisası əlavə edilib.
Eləcə də Qərara əsasən, Xüsusi təyinatlı ixtisaslar qrupu yaradılıb və XTO 040801 Müdafiə fəaliyyəti (sahələr üzrə) ixtisası buraya əlavə edilib.