Bakı. Trend:
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) öz potensialını artırmaq prosesindədir.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov Bakıda inkişaf etməkdə olan ölkələrin milli standartlaşdırma orqanları üçün "Liderlik və İdarəetmənin İnkişafı Proqramı" mövzusunda keçirilən regional seminarın açılışında deyib.
"Hazırda AZSTAND mütəxəssislərin potensialının artırılmasına və səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirir, çünki bu seminarın Bakıda təşkili çox vacibdir", - deyə o bildirib.
O, həmçinin, hazırda Azərbaycanda standartlaşdırma sahəsində mövcud qanunvericiliyin yenidən gözdən keçirilməsi üzrə işlərin görüldüyünü və beynəlxalq tələblərə uyğun olaraq keyfiyyət infrastrukturu sisteminin inşa olduğunu qeyd edib.
"Beynəlxalq təşkilatlarda iştirakımızı möhkəmləndiririk, bu səbəbdən ISO və regionun digər təşkilatları ilə fəal əməkdaşlıq edirik. Mütəxəssislərimiz bir neçə texniki komitədə təmsil olunur", - deyə o əlavə edib.
Qeyd edək ki, seminar Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun (ASSİ) dəstəyi ilə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən təşkil olunub.
Seminarda Albaniya, Azərbaycan, Baham adaları, Burkina-Faso, Beliz, Butan, Kolumbiya, Qana, Yunanıstan, Keniya, Monqolustan, Qətər, Ruanda, Yəmən, İsveçin milli standartlaşdırma orqanlarının rəhbər işçiləri iştirak edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)