...

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Cəmiyyət Materials 27 May 2024 13:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yerləşən "N" saylı hərbi hissənin sabiq qərargah rəisi rüşvətə görə həbs edilib.

Trend-in etibarlı mənbədən əldə etdiyi məlumata görə, kapitan rütbəsi ilə xidmət edən Vüsal Əliyev bir neçə hərbçidən rüşvət alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

İstintaq Hərbi Prokurorluğun İstintaq idarəsində aparılıb, cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılıb.

V.Əliyev xidmətlərinə görə müxtəlif medallarla təltif edilib. Həmçinin, o, Azərbaycanı Əfqanıstanda təmsil edən zabit kimi xidmət edib. Müdafiə tərəfi bunları nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsin xidmətlərini yumşaldıcı hal hesab edib, ona münasibətdə cəza təyin edilərkən Cinayət Məcəlləsinin müvafiq maddəsini tətbiq edib.

Hökmə əsasən, Vüsal Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti