...

Füzulidə Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

Cəmiyyət Materials 15 İyun 2024 02:18 (UTC +04:00)
Füzulidə Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Füzuli rayonunda 15 İyun-Milli Qurtuluş Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı tədbir keçirilib.

Trend xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəsmiləri, şəhid ailələri, qazilər, hərbçilər, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Tədbir Dövlət Himni səslənməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “15 İyun-Azərbaycan xalqının Milli Qurtuluş Günüdür” adlı videoçarx nümayiş olunub.

Bədii hissə ilə davam edən tədbirdə, Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli rayon mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı təqdim olunub.

Daha sonra Ulu Öndər Heydər Əliyevə həsr edilmiş bədii qiraət müsabiqəsinin qalibi, E.Piriyev adına Böyük Bəhmənli kənd tam orta məktəbin V sinif şagirdi Əliyeva Gülay “Adına Heydər dedik” adlı şeir parçasını səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti