...

Təzə Pir məscidində bayram namazı qılındı (FOTO)

Cəmiyyət Materials 16 İyun 2024 09:16 (UTC +04:00)
Təzə Pir məscidində bayram namazı qılındı (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Təzə Pir məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

Trend xəbər verir ki, Azərbaycanda Qurban bayramı iyunun 16-ı və 17-i qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında bildirilib ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2024-cü il hesablamalarına əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edir.

Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti