...

Şəkiyə dolu düşüb

Cəmiyyət Materials 18 İyun 2024 17:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 18-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Qax, Xınalıq, Şəki, Qusar, Qrız, Şahdağ, Yardımlı, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Şəki rayonu ərazisinə saat 16:30 radələrində diametri 6-8 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadası, Naxçıvan MR-da, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.

Xəbər lenti

Xəbər lenti