Bakı. Trend:
Azərbaycanda xidməti parklanma yerləri müəyyən edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna
dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, xidməti parklanma yerləri 5.15 yol
nişanına 7.5.8 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Xidməti
parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının)
siyahısını, onlara ayrılan yerlərin sayını, habelə xidməti
parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanını
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
müəyyən edir. Xidməti parklanma yerlərində xidməti zərurətlə
əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və
dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan
nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin
parklanması qadağandır.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.