...

Sabah hava necə olacaq? - PROQNOZ

Cəmiyyət Materials 22 İyun 2024 13:37 (UTC +04:00)
Sabah hava necə olacaq? - PROQNOZ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında iyunun 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 28-33° olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-65 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 31-36°, dağlarda gecə 10-15°, gündüz 17-22° olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti