...

Bu gün müəllimlərin sertifikasiya imtahanı başa çatır

Cəmiyyət Materials 24 İyun 2024 08:54 (UTC +04:00)

Bakı. Trend:

İyunun 24-də xarici dil (alman dili, fransız dili, rus dili və ədəbiyyatı və s.), eləcə də Azərbaycan dili (rus bölməsi), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırma prosesinin test mərhələsində iştirak edəcəklər. Daha əvvəl riyaziyyat və ingilis dili müəllimləri ilk dəfə sertifikasiyaya cəlb olunublar.

Trend xəbər verir ki, test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris fənni üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.

Bu il 30 mindən çox təhsilverənin sertifikatlaşdırma prosesinə cəlb edilməsi nəzərdə tutulub. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti