...

Yaxın yarım il ərzində Laçın şəhərinin bərpasının ikinci mərhələsi başlayacaq - Məsim Məmmədov (ÖZƏL)

Cəmiyyət Materials 28 İyun 2024 13:29 (UTC +04:00)
Yaxın yarım il ərzində Laçın şəhərinin bərpasının ikinci mərhələsi başlayacaq - Məsim Məmmədov (ÖZƏL)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şuşa. Trend:

Yaxın yarım il ərzində Laçın şəhərinin bərpasının ikinci mərhələsi başlayacaq.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

"Qarşıdakı yarım il üzrə planlardan danışarkən, ilk növbədə, Bəylik kəndinin tikintisinin başa çatdığını və 91 ailənin köçürüldüyünü qeyd etmək yerinə düşər. Güləbird kəndinin tikintisinin birinci mərhələsinin də yekunlaşması planlaşdırılır.

Bu il 12 min hektar kənd təsərrüfatı sahəsinin suvarılması üçün nəzərdə tutulan, tutumu 26 milyon kubmetr olan Zabuxçay su anbarının tikintisi başa çatdırılacaq. Bundan başqa, bölgədəki ən böyük kənd olan Minkənd kəndinin bərpasının layihələndirilməsi davam edir", - o deyib.

Bundan başqa, M.Məmmədov Laçın şəhərinin yenidən qurulmasının ikinci mərhələsinə də başladılacağını, buraya 400 ailəlik müasir yaşayış kompleksinin tikintisinin də daxil olduğunu qeyd edib.

"Həmçinin, müəssisələrin sayını artırmağa davam edirik: bu il toxuculuq fabriki, trikotaj istehsalı müəssisəsi və efir yağları fabriki fəaliyyətə başlayacaq. Beləliklə, növbəti altı ay ərzində bölgənin yenidən qurulması və inkişafı üzərində fəal işləyəcəyik", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti