Bakı. Trend:
Yaxın müddətdə peşə təhsili müəssisələrinə tələbə qəbulu elan ediləcək.
Trend xəbər verir ki, bu barədə Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov media üçün keçirilən brifinqdə deyib.
“İyulun sonu peşə təhsilinə tələbə qəbulu elan ediləcək”,- deyə o bildirib.
Qeyd edək ki, 22 iyul tarixindən etibarən 2024-2025-ci tədris ili üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işә qәbulu müsabiqəsinə start verilir.