...

Ötən ay “Əlçatan metro” istifadəçilərinin sayı kəskin artdı

Cəmiyyət Materials 2 Avqust 2024 15:34 (UTC +04:00)
Ötən ay “Əlçatan metro” istifadəçilərinin sayı kəskin artdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyul ayında "Bakı Metropoliteni" QSC-nin “Əlçatan metro” layihəsindən 86 sağlamlıq imkanları məhdud sərnişin istifadə edib.

Trend səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 56,4 % çoxdur, əvvəlki illərin iyul ayları arasında ən yüksək göstəricidir (2019-cu ildə 59, 2020-ci ildə 6, 2021-ci ildə 25, 2022-ci ildə 64 sərnişin).

Ümumiyyətlə, bu il "Əlçatan metro" üçün 680 sifariş daxil olub, cəmi 9 nəfər sonradan sifarişi ləğv edib və 671 sərnişin layihə üzrə metropoliten sərnişini olub. 2023-cü ilin 7 ayı ərzində bu layihə üzrə 477 sərnişin daşınıb. İki ilin 7 aylıq dövrü müqayisə edilərsə, artım 40,7 % təşkil edib.

2019-cu ilin mart ayının sonlarında istifadəyə verilmiş “Əlçatan metro” layihəsinə əlil və uşaq arabaları, qoltuqaltı ağac və əsa ilə hərəkət edənlər, yaşlı və ahıllar, əli yüklü hamilə xanımlar, bir sözlə, metropolitendən istifadə imkanları bu və digər formada müvəqqəti və ya daimi məhdud sərnişinlər müraciət edə bilərlər. Sifariş ən azı 1 saat əvvəlcədən olmaqla, (+994 50) 268 00 65 mobil rabitə xidmətinə zəng və ya ismarıc, yaxud mobil əlavə vasitəsilə qəbul olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti