Bakı. Trend:
Yelo Bank innovativ və düşünülmüş layihələri ilə müştəri
məmnuniyyətini artırmağa davam edir. Bu təşəbbüsün davamı kimi
"Parlaq İmzalar" nəşriyyatı ilə birlikdə əməkdaşlıq layihəsi həyata
keçirib. Artıq Bankın yeni konseptli xidmət mərkəzlərində növbə
gözləyərkən kitab oxuya bilərsiniz. Layihənin əsas məqsədi
müştərilər üçün filiallarda qonaqpərvər mühit yaratmaq və onların
vaxtını mütaliə ilə səmərəli dəyərləndirməyə həvəsləndirməkdir.
Bu əməkdaşlıq çərçivəsində Bankın dəstəyi ilə "Parlaq İmzalar"
nəşriyyatı tərəfindən Cek Londonun “Həyat Eşqi”, Frans Kafkanın
“Atama məktub”, Ştefan Svayqın “Şahmat”, Anton Çexovun “Qılaflı
adam” kimi əsərləri çap olunub. “Yoldaş” seriyasına aid olan bu
kitabların əsas özəlliyi dünya ədəbiyyatının qısa və mükəmməl
əsərlərindən ibarət olmasıdır. Gələcəkdə əməkdaşlığın davamı kimi
bir sıra yeni kitablar orijinal dillərdən tərcümə əsasında nəşr
ediləcək.
Bank xidmətləri (https://www.yelo.az/az/individuals/loans/ipoteka-krediti/)
ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!