...

Təhsil krediti verilən tələbələrin sayı məlum olub

Cəmiyyət Materials 23 Avqust 2024 15:07 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-2025 tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.

Bildirilib ki, tələbə krediti üçün ümumilikdə 2 594 nəfər müraciət edilib.

Onlardan 1 298 nəfərə kredit verilib. 325 nəfərə sosial, 973 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

Məlumata görə, müraciətlərin 520-si natamam olub, 150 müraciətə isə imtina verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti