Bakı.Trend:
Qarabağ Universitetinə qəbul olunanların 16.14% Bakı – Bakı şəhərinin rayonlarının sakinləridir.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə əlaqədar mətbuat konfransında deyib.
Sədr bildirib ki, Qarabağ Universitetinə qəbul olan digər tələbələrin 6,8 Sumqayıt, 3,81 Naxçıvandan Xızı, Abşerondan, 16 faiz Gəncə, Şəmkir, Qazax rayonlarındandırlar.
Qeyd edək ki, Bakı – Bakı şəhərinin rayonları 16.14%, Naxçıvan şəhəri, bölgələri 3.81, Sumqayıt şəhəri, Abşeron, Xızı, Şamaxı, Qobustan bölgələri 6.80, Mingəçevir, Naftalan, Yevlax, Şuşa, Xocalı, Xocavənd, Goranboy, Kəlbəcər, Bərdə, Ağcabədi, Ağdam, Tərtər bölgələri 22.67, Gəncə şəhəri, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz bölgələri 16.77, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz bölgələri 8.61, Göyçay, Ucar, Kürdəmir, Zərdab, Ağdaş, İsmayıllı, Ağsu bölgələri 3.54, – İmişli, Cəbrayıl, Qubadlı, Füzuli, Beyləqan, Laçın, Zəngilan bölgələri 6.71, Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı bölgələri 7.43, Lənkəran şəhəri, Astara, Lerik, Yardımlı, Cəlilabad, Masallı bölgələri 4.90, Quba – Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən bölgələrindən isə 2.63 faiz olub.