Şuşa. Trend:
Şuşada İslam ölkələrinin ortaq süfrəsi tədbirinin keçirilməsi bizim üçün qürurvericidir.
Trend xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov sentyabrın 6-da qala-şəhərdə keçirilən Beynəlxalq Qastronomiya Günü çərçivəsində iftar süfrəsini əks etdirən yeməklərin dequstasiyası mərasimində deyib.
"Bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhəm yoxdur. Bu il tədbirimiz xüsusi bir rəmzi ilə keçirilir. Şuşa bu il “İslam ölkələrinin mədəniyyət paytaxtı” statusunu alıb və bütün tədbirlər bu deviz altında keçirilir. Bu festivalda İslam ölkələrinin mədəniyyətini, mətbəxini və ləziz yeməklərini nümayiş etdirmək üçün hər cür lazimi yaradılıb", - deyə A.Kərimov diqqətə çatdırıb .