Bakı. Trend:
Elmi-tədqiqatların önəmi danılmazdır. Onların nəticələrinə, cəmiyyətə faydasına görə mühüm əhəmiyyət kəsb edir.
Trend xəbər verir ki, bu fikirləri Bakıda keçirilən xaricdə yaşayan azərbaycanlı alimlərin Forumunun 2-ci günündə İsveçin Gothenburg Universitetinin elmi işçisi Səadət Kərimi söyləyib.
O, İsveçin elm-tədqiqat sahəsindəki təcrübəyə istinad etməyin mühümlüyündən bəhs edib: “Biz İsveçin tədqiqat prosesindən müxtəlif nümunələr götürməliyik. Bu səbəbdən düşünürəm ki, nəinki tədqiqatların nəticələri, hətta elmi-tədqiqat proseslərinin özü belə cəmiyyətə açıq olmalıdır. Bu həm şəffaflığın, həm də nəticənin daha uğurlu nəticələnməsinə səbəb olacaq”.
Qeyd edək ki, Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim iştirak edir.