Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Dəmiryol Muzeyi oktyabr ayında ziyarətçiləri yenidən qəbul edəcək.
Bu barədə Trend-ə ADY-dən məlumat verilib.
Qeyd edək ki, Cəfər Cabbarlı meydanında yeni nəqliyyat mübadilə mərkəzinin tikintisi ilə əlaqədar muzeyin fəaliyyəti müvəqqəti dayandırlmışdı.