...

Bakıda COP29-la bağlı zolaqların salınmasına başlanılıb - 14 nəqliyyat qovşağı təşkil ediləcək

Cəmiyyət Materials 17 Sentyabr 2024 20:17 (UTC +04:00)
Bakıda COP29-la bağlı zolaqların salınmasına başlanılıb - 14 nəqliyyat qovşağı təşkil ediləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı paytaxtın bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb.

Trend xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin məlumatında deyilir.

Qeyd olunub ki, COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə tədbir nəqliyyatı üçün ayrılıb. Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək.

Konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər.

Bundan əlavə, konfrans zamanı şəhərin müxtəlif əsas hissələrində ümumilikdə 14 nəqliyyat qovşağının təşkil edilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti