Bakı. Trend:
Qlobal Təhlil İnstitutları (GİAS) vəziyyətin gedişatını daha yaxşı başa düşmək üçün iqlim dəyişmələrinə qarşı daha həssas olmalı, monitorinq aparmalı və gələcək üçün proqnozlar təqdim etməlidir.
Trend xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-nin Coğrafi informasiya sistemləri mərkəzinin mütəxəssisi Saleh Nəbiyev Bakıda keçirilən “İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində beynəlxalq konfransın son günündə "İstixana qazı emissiyaları anlayışımızda inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu" mövzusunda keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, iqlim dəyişmələrinin əsas səbəbləri aşağı temperatur və istixana qazlarının tullantılarıdır ki, bu da iqlimə əhəmiyyətli təsir göstərir. Karbon dioksid, metan və digər qazlar atmosferdə yığılır və Günəşin istiliyini saxlayır, bu da bir çox neqativ nəticələrə səbəb olur. Məsələn, Xəzər bölgəsində gördüyümüz dəniz səviyyəsinin dəyişməsi məhz istixana qazlarının təsiri ilə bağlıdır.
"Qlobal Təhlil İnstitutları (GİAS) vəziyyətin gedişatını daha yaxşı başa düşmək üçün iqlim dəyişmələrinə qarşı daha həssas olmalı, monitorinq aparmalı və gələcək üçün proqnozlar təqdim etməlidir. Bu cür institutlar, tarixi məlumatları təhlil edərək, tendensiyaları müəyyənləşdirə və iqlim dəyişmələrinin proqnozlaşdırılmasına kömək edəcək qanunauyğunluqları aşkar edə bilərlər.
Həmçinin, "Azərkosmos" daxil olmaqla, kosmik agentliklər iqlim dəyişmələri ilə bağlı layihələrlə fəal şəkildə məşğuldur. Biz qarla örtülü əraziləri, buzlaqları, Xəzər dənizini, çay sahillərini və digər təbii obyektləri monitorinq edərək, dəyişmələri daha dəqiq izləyir və ətraf mühitə mənfi təsiri azaltmaq üçün strategiyalar hazırlayırıq", – o qeyd edib.