Bakı.Trend:
Bakıda su taksisi effektiv deyil.
Trend xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
“Bu çox xərc tələb edən işdir.
Su taksisinə çəkilən xərclə avtobuslar almaq daha çox sərf edir”, - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişinlərin mənzil başına daha tez və rahat çata bilməsi üçün ümumi şəhər zolaqları şəbəkəsi çərçivəsində Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkil edilməsi planlaşdırılır. Layihə ilə bağlı 9 oktyabr tarixində nəqliyyat ekspertləri Ərşad Hüseynov, Rauf Ağamirzəyev, Eldəniz Cəfərov, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi Əziz Əlibəyli, bloger Saleh Nəsirov və media nümayəndələrinin iştirakı ilə ictimai dinləmə təşkil edilib.