...

İşğaldan azad olunmuş ərazilərə müxtəlif heyvanlar buraxılıb

Cəmiyyət Materials 10 Oktyabr 2024 14:25 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ərazilərdə biomüxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu və 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonuna Bezoar keçilərinin reintroduksiyası məqsədilə 3 baş keçi Göygöl Milli Parkının 6-cı kvartalından Murovdağ istiqamətinə buraxılıb.

Trend xəbər ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, cari ilin sonunadək daha bir fauna növünün işğaldan azad edilmiş ərazilərə reintroduksiyası nəzərdə tutulur.

"Həmçinin su bioresurslarının artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdən axan çaylardan ümumilikdə 1,1 milyondan çox qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti