...

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirilib

Cəmiyyət Materials 10 Oktyabr 2024 14:34 (UTC +04:00)
Prokurorluq orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

10 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) keçirilib.

İmtahan elektron qaydada kompüter vasitəsilə aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda iştirak etmiş 307 namizəddən 163 nəfər müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb.

Xəbər lenti

Xəbər lenti