Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Xaçmaz-Quba yolunda təşkil olunan aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri eləcədə gənc könüllülər iştirak ediblər.
Aksiya çərçivəsində magistral yolun kənarları alaq otlarından və zibil qalıqlarından təmizlənib, mövcud yaşıllıqlara aqro-texniki qulluq göstərilib. Yol kənarlarına yeni ağaclar əkilib, əvvəl basdırılan ağacların suvarılması təmin edilib.
Qeyd edilib ki, Xaçmaz rayonunda mövsüm ərzində 30 minə qədər yerli iqlim şəraitinə uyğun gələn şam, çinar və müxtəlif növ meyvə ağaclarının əkilməsi planlaşdırılır.