...

Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2024 17:42 (UTC +04:00)
Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb

Bildirilib ki, oktyabrın 11-də Baş prokuror Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra Baş prokuror Gəncə şəhər Gülüstan qəsəbəsində “İstiqlal” parkında yerləşən “Memorial Abidə Kompleksi”ni ziyarət edib, önünə gül dəstələri qoyub.

Qəbulda iştirak edən 149 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Xəbər lenti

Xəbər lenti