...

Laçında elektrik tramvay xəttinin çəkilməsi planlaşdırılır - Tofiq İslamov

Cəmiyyət Materials 15 Oktyabr 2024 15:41 (UTC +04:00)
Laçında elektrik tramvay xəttinin çəkilməsi planlaşdırılır - Tofiq İslamov

Bakı. Trend:

Yaxın zamanda Laçın şəhərinin Heydər Əliyev küçəsində hotel, qalareya, iaşə obyektləri, konsert zalı, teatr və yaradıcılıq mərkəzləri layihələndirilərək tikilib başa çatdırılması və həmçinin elektrik tramvay xəttinin çəkilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsində deyib.

O bildirib ki, Heydər Əliyev küçəsi turistik zonası olaraq nəzərdə tutulduğu üçün həmin ərazidən kanat xətti şəhər üzərindən Həkəri çayı kənarı bulvaya qədər çəkiləcək.

Qeyd edək ki, 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbir olan Xəzər İnşaat Həftəsi keçirilir. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirir. Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət yer almaqdadır.

Xəbər lenti

Xəbər lenti