...

İşğaldan azad edilmiş Tuğ kəndində hotel, mədəniyyət mərkəzi, aptek fəaliyyət göstərəcək

Cəmiyyət Materials 15 Oktyabr 2024 15:51 (UTC +04:00)
İşğaldan azad edilmiş Tuğ kəndində hotel, mədəniyyət mərkəzi, aptek fəaliyyət göstərəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş Tuğ kəndinin vacib turizm məntəqəsi olduğunu nəzərə alınaraq, burada avtomobil dayanacağı yaradılacaq. Məhz buna görə planlaşdırılan işlərə Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxil edilib.

Trend-in məlumatrına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsində deyib.

O qeyd edib ki, Kənddə ilkin fazada 30 fərdi yaşayış evi, 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası bərpa ediləcək.

“Yenidənqurma işləri aparıldıqdan sonra bir sıra mövcud binalar yeni təyinatla - hotel, mədəniyyət mərkəzi, aptek olaraq istifadə ediləcək. Hadrut qəsəbəsində də bərpa prosesinə aid işlər davam etdirilir və hazırda qəsəbədə söküntü və şaquli planlaşdırma işləri icra edilir. Ümumilikdə Hadrut qəsəbəsində 11 yaşayış binasının bərpası və tikintisi nəzərdə tutulur.

Həmçinin 4 ədəd 2 mərtəbəli, 4 mənzilli yeni yaşayış binasının tikintisi nəzərdə tutulur ki, hazırda onların layihələndirilməsi aparılır. 1 ədəd 1mərtəbəli Poçt və rabitə binasının təmir edilərək müasir səviyyədə yenidən qurulması planlaşdırılıb. Bundan əlavə 1ədəd 2 mərtəbəli market və restoran binasının, eləcə də 1 ədəd 3 mərtəbəli otel binasının təmir edilərək müasir üslubda bərpa olunması nəzərdə tutulub. Hazırda Hadrut qəsəbəsində həyata keçiriləcək bərpa-tikinti işlərinin layihələndirilməsi aparılır. Qəsəbədə istirahət sahələrinin, meydanın, çay bağçasının, açıq sərgi sahəsinin, uşaq oyun meydançalarının, kitabxananın, meşə yolunun, 64 yerlik avtomobil dayanacağın və s. yaradılması nəzərdə tutulub”, - deyə S. Abdullayev vurğulayıb.

Qeyd edək ki, 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbir olan Xəzər İnşaat Həftəsi keçirilir. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirir. Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət yer almaqdadır.

Xəbər lenti

Xəbər lenti