...

Ombudsman Aparatında yeni monitorinq qrupları yaradılıb

Cəmiyyət Materials 15 Oktyabr 2024 18:57 (UTC +04:00)
Ombudsman Aparatında yeni monitorinq qrupları yaradılıb
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa edilən dəyişikliklərə əsasən ombudsmanın insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində səlahiyyətləri genişləndirilib.

Bu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təsbit olunmuş səlahiyyətlərə müvafiq olaraq müvəkkilin təşəbbüsü əsasında Ombudsman Aparatında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi, Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qrupları yaradılıb.

Monitorinq qruplarının yaradılmasında əsas məqsəd müvəkkilin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyaların implementasiyasının təşviqi, eyni zamanda, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması sahəsində müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti