Bakı. Trend:
“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dəstək Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşdırdığı “Əngəlsiz qayıdış”: minalarla mübarizə adlı layihəsinin icrasını yekunlaşdırıb.
Trend xəbər verir ki,
layihənin əsas məqsədi azad olunan ərazilərə əngəlsiz qayıdışla
bağlı vəziyyəti araşdırmaq, sakinlərin doğma yurdlarına qayıdışına
mane olan mina problemi və onun yaratdığı fəsadları dünya
ictimaiyyətinə çatdırmaq olub. Bu məqsədlə Azərbaycan və ingilis
dillərində Qarabağ və Şərqi Zəngəzurda minalardan zərər çəkən mülki
şəxslərin hekayələrini, minatəmizləmə əməliyyatlarını və əldə
olunan nəticələri əks etdirən “Əngəlsiz Qayıdış” adlı qısametrajlı
film çəkilib. Filmin geniş təqdimat mərasimi keçirilib. İctimai
Birliyin sədri Anar Yusifzadə bildirib ki, layihənin məqsədi mina
problemi və onun yaratdığı fəsadları dünya ictimaiyyətinə insan
hekayələri vasitəsilə çatdırmaqdır. Filmin ssenari müəllifi Esmira
Namiqqızı Füzuli rayonunun Alxanlı kəndində çəkilən film
müharibənin faciəsini yaşayan - doğma yurdlarından məcburi köçkün
düşən bir ailənin başına gələn hekayədən bəhs etdiyini söyləyib.
Rejissoru Elnur Cəbrayılov olan filmin qəhrəmanı, minadan
zərərçəkən Asif Əhmədov və iki şəhid, bir qazi anası Nailə Əhmədova
çıxış edərək, insanları mina faciəsi yaşamamaq üçün ehtiyatlı
olmağa çağırıblar.
Tədbirdə çıxış edən millət vəkilləri Ceyhun Məmmədov, Hikmət
Babaoğlu, Elçin Mirzəbəyli, Tahir Rzayev, Sevil Mikayılova, Razi
Nurullayev, Vüqar İskəndərov, “Konstitusiya” Araşdırmalar Fondunin
prezidenti Əliməmməd Nuriyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə,
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov, təhlükəsizlik
məsələləri üzrə ekspert İlham İsmayıl, Mətbuat Şurası İdarə
Heyətinin üzvü Yadigar Məmmədli, “Cəmiyyətin İnkişafı Mərkəzi”
İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, politoloq Anar Əliyev,
“Qadın İslahatçıları və İnnovasiyalar” İctimai Birliyinin sədri
Vüsalə Hüseynli, jurnalist Elşad Məmmədli, Bəxtiyar Hacıyev,
nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev filmin
peşəkarlıqla hazırlandığını, olduqca təsirli olduğunu və cəmiyyətə
çoxsaylı sosial mesajlar verdiyini bildiriblər.
İctimai Birliyin sədr müavini Jalə Sabirqızı çıxış edərək,
“Əngəlsiz qayıdış” layihəsi üzrə həmçinin azad olunan ərazilərdə
əlilliyi olan şəxslər üçün yaradılan mövcud mühit, infrastrukturun
müəssərliyinə dair hazırkı vəziyyət, çətinliklər və imkanlar
haqqında Araşdırma Hesabatının hazırlandığını bildirib. Aparılan
tədqiqatda əlilliyi olan şəxslərin azad edilən ərazilərdə maneəsiz
məskunlaşması, reabilitasiyası və sosial, iqtisadi, mədəni həyata
inteqrasiyasına dair təkiliflərin yer aldığını qeyd edib.